Azərbaycan prezidenti sərgidə olub
28 noyabr 2012 14:41 (UTC +04:00)

Azərbaycan prezidenti sərgidə olub

Noyabrın 28-də Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar.

Dövlət başçısına və xanımına məlumat verilib ki, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilir. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunur.

Diqqətə çatdırılıb ki, gənclər təşkilatlarının IV Respublika sərgisi prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236

Oxşar yazılar