Zakir Qaralov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat verib.
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının təsdiq edilməsini, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını, həmçinin cari il oktyabrın 8-də Strasburqda Avropa Şurasının mənzil qərargahında təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirakını diqqətə çatdıran baş prokuror insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar konkret işlərin görüldüyünü xüsusi vurğulayıb.
Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edən həmməruzəçilər əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildirib.
Görüşdə Azərbaycan Respublikası ilə bağlı hazırlanacaq hesabat məruzəsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

808