Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur”
“Həmsədrlər münaqişənin həlli prosesini ölü nöqtədən tərpətmək üçün səylər göstərirlər. Təəssüf ki, Ermənistana son səfərlərin nəticələri pozitiv tonda danışmağa əsas vermir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərini şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfi “nə bir qarış torpaq, nə bir addım geri” prinsipindən vaz keçməlidir: “Status-kvo dəyişməlidir. Münaqişənin həll olunmaması hadisələri arzuolunmaz məcraya yönəldə bilər. Həll barədə təkliflər hamıya yaxşı məlumdur, onlar dəfələrlə müzakirə olunub. Azərbaycan əvvəlki mövqeyində qalır – həll prosesinin inkişafı üçün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxması zəruridir”.
752