Prezident İlham Əliyev argentinalı naziri qəbul edib
27 noyabr 2012 18:26 (UTC +04:00)

Prezident İlham Əliyev argentinalı naziri qəbul edib

Prezident İlham Əliyev noyabrın 27-də Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycanla Argentina arasında ikitərəfli əlaqələrin son illər müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı ölkəmizin Argentina ilə əlaqələri iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Nazir ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycanla Argentina arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə genişləndirilməsi üçün ölkəsinin Prezidentindən ciddi tapşırıqlar aldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar