Mahmud Məmməd-Quliyev Belçika Krallığına səfər edib
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 noyabr tarixlərində Belçika Krallığına səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində keçirilmiş Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 13-cü iclasına Azərbaycan tərəfdən M. Məmməd-Quliyev, Avropa İttifaqı tərəfindən isə Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, ATƏT və Regional əməkdaşlıq üzrə direktoru Qunnar Viqand həmsədrlik ediblər.
Əməkdaşlıq Komitəsinin 13-cü iclasında Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin bütün aspektləri, gələcək əməkdaşlıq imkanları və Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparılmış, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcəkdə görüləcək işlər müzakirə olunub. Tərəflər Avropa İttifaqı - Azərbaycan arasında aparılan Assosiasiya, eləcə da readmissiya və viza sadələşdirilməsi sazişləri üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri vurğulayıb və bu müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Avropa İttifaqı nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu xüsusi vurğulayıb və bu xüsusda TANAP layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Səfər çərçivəsində Mahmud Məmməd-Quliyev Genişlənmə və Qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle, Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş və Belçika Xarici İşlər Nazirliyinin Baş katibi Dirk Axten ilə ikitərəfli görüşlər keçirib. Avropa Komissarı Ştefan Füle ilə görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti, korrupsiyaya qarşı mübarizə, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində Hökumət tərəfindən atılan addımlarla bağlı fikir mübadiləsi aparılıb. Ştefan Füle Avropa İttifaqı - Azərbaycan münasibətlərində dialoqun intensivləşdirilməsindən məmnun olduğunu, viza rejiminin sadələşdirilməsi istiqamətində aparılan danışıqlarda irəliləyişin müşahidə olunmasını, enerji sahəsində strateji tərəfdaşlığın möhkəmlənməsini, eləcə də hökumətimiz tərəfindən insan hüquqları və demokratiya sahəsində son aylar ərzində müsbət addımların atıldığını, eyni zamanda bu sahədə daha da böyük irəliləyişin əldə edilməsinin mümkün olduğunu dilə gətirib. O, ümumiyyətlə Avropa İttifaqı və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın bundan sonra da gücləndirilməsi üçün kifayət qədər potensialın olduğu bildirib.
Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş ilə görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dialoqunun gücləndirilməsi, iqtisadi münasibətlərinin bundan sonra daha sürətlə inkişaf etdirilməsinin perspektivləri, eləcə də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi ilə bağlı məsələlər müzakirə olunub. Belçikanın Xarici İşlər Nazirliyinin baş katibi Dirk Axten ilə keçirilən görüşdə ölkələrimiz arasında ticarət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb və əməkdaşlıq dialoqunun yeni səviyyəyə qaldırılması zəruri sayılıb.

627