QDİƏT ölkələri QHT Forumunun Nizamnaməsi qəbul olundu
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun açılış mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, forumun keçirilməsində məqsəd quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsidir.
Forumu giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev forumun Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb.
Millət vəkili A. Quliyev Azərbaycanda kifayət qədər təcrübəyə malik QHT-lərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şura sədri forumda katibliyin yaradılacağını, forumun nizamnaməsinin və Bakı bəyannaməsinin qəbul olunacağını qeyd edib.
Forumda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun iştirakçılarına müraciətini oxuyub.
Mərasimdə çıxış edən Mili Məclis sədrinin müavini Bahar Muradova forumun Bakıda keçirilməsini yüksək qiymətləndirib, Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurasının gördüyü işlərin, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Muradova bildirib ki, Şura tərəfindən bu layihə və tədbirlər dövlətin dəstəyi nəticəsində həyata keçirilir.
QDİƏT Parlament Məclisinin Türkiyə qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvi İsmayıl Safi Bakıda keçirilən birinci forumun əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, forumun Nizamnaməsi qəbul olunub.

647