ATƏT cəbhə xəttində monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle, əlaqələndirici Piter Ki və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçirəcəklər.

470