QİƏT PM Komitəsinin növbəti iclası Bolqarıstanda keçiriləcək
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində noyabrın 26-da bu qurumun Daimi Komitəsinin 40-cı iclası olub.
APA-nın məlumatına görə, QİƏT PM-in sədr müavini, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev iclası açaraq iştirakçıları Milli Məclisin rəhbərliyi adından salamlayıb, Daimi Komitə çərçivəsində keçirilən görüşlərin, müzakirə olunan məsələlərin və qəbul olunacaq qərarların üzv ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Sonra gündəlik təsdiq edilib.
Bildirilib ki, Daimi Komitənin iclasında Türkdilli Ölkələrin Parlament Assambleyasının QİƏT PM-ə müşahidəçi statusu ilə qəbul edilməsi, PM-in baş katibinin, Assambleya sədrinin 2 müavininin seçilməsi, maliyyə məsələləri, Daimi Komitənin növbəti iclasının keçirilməsi və s. məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Daimi Komitə TürkPA-nın QİƏT PM-ə müşahidəçi statusunun verilməsini razılıqla qarşılayıb.
Qurumun növbəti iclasının gələn ilin mayında Bolqarıstanda keçirilməsi qərara alınıb.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59