Prezident İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib
26 noyabr 2012 21:23 (UTC +04:00)

Prezident İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclasının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiç ikitərəfli əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Azərbaycanın Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını ifadə edən Rasim Lyayiç əməkdaşlığımızın daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar