Polşa-Azərbaycan biznes forumu keçirilib
26 noyabr 2012 18:38 (UTC +04:00)

Polşa-Azərbaycan biznes forumu keçirilib

Bu gün Varşavada Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Polşa-Azərbaycan biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı və qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Ümumilikdə biznes foruma Azərbaycan və Polşa tərəfindən 40-a yaxın iş adamı qatılıb. Biznes forumda çıxış edən sənaye və energetika naziri Natiq Əliyev və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib, əlaqələrin inkişafında biznes forum və işgüzar görüşlərin əhəmiyyətini qeyd ediblər. Tədbirdə Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, polşalı iş adamları bu sahədə əməkdaşlığa dəvət olunublar.

Polşanın iqtisadiyyat nazirinin müavini Anjey Dıxan Polşa iqtisadiyyatı və iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, AZPROMO-nun nümayəndəsi Azər Hüseynov Azərbaycanın biznes və investisiya imkanları, Polşanın Sənaye və Texnologiya Parkları üçün Milli Forumun sədri Roman Caskalik ölkəsində sənaye və texnologiya parklarının fəaliyyəti barədə danışıblar.Biznes forum çərçivəsində Azərbaycanın “Caspian Service” şirkəti ilə Polşanın “Ulma Construction” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar