Elmar Məmmədyarov QDİƏT-in baş katibini qəbul edib
26 noyabr 2012 18:26 (UTC +04:00)

Elmar Məmmədyarov QDİƏT-in baş katibini qəbul edib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və QDİƏT arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu dilə gətirib.

Görüşdə regional və beynəlxalq məsələlər, təşkilatın səmərəliliyinin daha da artırılması və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, bu çərçivədə regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin rolu qeyd edilib. Elmar Məmmədyarov təşkilata üzv ölkələr arasında bir sıra sahələrdə, xüsusilə enerji, ətraf mühitinin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları və mədəni irsin qorunması üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar