Prezident İlham Əliyev QİƏT-in baş katibini qəbul edib
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, V. Tvikun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Təşkilatın baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsində ona uğurlar arzulayıb. Görüşdə region ölkələri arasında əlaqələrin genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu vurğulanıb, Təşkilatın Parlament Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirə olunacaq məsələlərin əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

648