Rusiya Şimali Qafqaza 1000-ə yaxın hərbi texnika gətirib
26 noyabr 2012 18:07 (UTC +04:00)

Rusiya Şimali Qafqaza 1000-ə yaxın hərbi texnika gətirib

Rusiya son 3 ildə Şimali Qafqazdakı (Cənub Hərbi Dairəsi) qoşunlarının inventarına 1000-ə yaxın ən müasir tank, artilleriya vasitəsi, raket və tank əleyhinə idarə olunan raket sistemi daxil edib. Bu barədə Lent.az Rusiya mediasına istinadən məlumat verib.

Yeni silah və hərbi texnikanın bölgüsü əsasən üç istiqamət – Krasnodar, İnquşetiya və Dağıstan bölgəsi üzrə olub.

Məlumatda bildirilib ki, Rusiya əsas ağırlığı uzaq mənzilli artilleriya sistemlərinə, özüyeriyən artilleriya qurğularına verib. Bu yaxınlarda bölgədə S-400 tipli raket komplekslərinin yerləşdirilməsi barədə qərar qəbul edilib. Rəsmi Moskvanın cənub sərhədlərinə uzaq məsafəli raket və artilleriya sistemlərini cəmləşdirməsi bölgədə vəziyyəti nəzarət altında saxlamaq istəyini göstərir.

Son olaraq, Rusiya cari ilin ortalarından başlayaraq bu istiqamətə əlavə olaraq bir neçə T-90 tank bölüyü, «Tornado» tipli reaktiv sistem, həmçinin bu günlərdə «Xrizantem-S» tipli özüyeriyən tank əleyhinə atəş kompleksi yerləşdirib. Bununla yanaşı, rəsmi Moskva Xəzər dənizində də silahlanma tempini artırıb. Cari il ərzində Xəzər flotiliyasının döyüş sıralarına 3 gəmi, həmçinin, sahil mühafizəsinin silahlanmasına «Bal-E» tipli raket kompleksləri daxil edib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614

Oxşar yazılar