Azərbaycan prezidenti Minsk qrupunun həmsədrlərini və AŞPA-nın həmməruzəçilərini qəbul edib
Prezident İlham Əliyev noyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı bu gün həmçinin Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib. Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulandı, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

591