Bakıda QİƏT PM-nin Baş Assambleyası Bürosunun 47-ci iclası olub - FOTO
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində noyabrın 26-da qurumun Assambleya Bürosunun 47-ci iclası olub.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Milli Məclisin sədri, QİƏT PM-in sədri Oqtay Əsədov iclası açaraq deyib ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığınızın inkişafı üçün geniş imkanlar açıb: “Əminəm ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək, eyni zamanda, təşkilatın gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq”.
Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib. İclasda, büronun ötən il keçirilmiş 46-cı iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilmiş iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunmuş məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.
Noyabrın 26-da Bakıda QİƏT PM-in hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilib.

535