TBMM-in sədri: “Qarabağ münaqişəsinin həlli Türkiyənin xarici siyasətində əsas yerlərdən birini tutur”
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında qeyd edib.
Türkiyəli spiker qeyd edib ki, Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olunmasında Türkiyə ilə Azərbaycan əlaqələrinin dərinləşməsinin böyük rolu var: “Türkiyənin xarici siyasətində əsas yerlərdən birini Qafqaz bölgəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi tutur. Türkiyə bütün platformalarda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktını və bu haqsızlığı dilə gətirir”.
C. Çiçək onu da vurğulayıb ki, Türkiyə, eyni zamanda, azərbaycanlı qardaşlarının öz doğma torpaqlarına qayıtması üçün səylər göstərir. “Qafqazda sülhün bərqərar olunması üçün bu işğala son qoyulmalıdır. Azərbaycan torpaqları işğal olunan gündən bəri Türkiyənin mövqeyi belədir və dəyişməz olaraq qalır” - deyə, TBMM-nin sədri əlavə edib.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28