Fransalı həmsədr: “Nazirlər özləri qərar verəcək”
“Dublində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutub-tutmayacağı hələ aydın deyil. Bu, onların ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirəcəkləri görüşlərin qrafikindən asılı olacaq. Hələlik belə bir görüş razılaşdırılmayıb. Lakin əsas odur ki, nazirlər münaqişənin dinc yolla həlli üzrə işi davam etdirməyə hazırdır”.
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For deyib. Diplomat bildirib ki, növbəti görüşün yeri və vaxtını nazirlər özləri müəyyən etməlidir və Dublində görüş baş tutmasa, onda nazirlər yəqin ki, gələn ilin əvvəllərində görüşə bilərlər: “Gəlin gözləyək. Nazirlər özləri qərar verəcək. Hesab edirik ki, gələn ilin əvvəllərində görüş baş tuta bilər”.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə son səfərlərinin nəticələri haqqında açıqlama yayıblar. Açıqlamada bildirilir ki, tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəliblər.

586