AŞPA Monitorinq Komitəsi həmməruzəçisi Azərbaycana gəlib
AŞ-nin Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, həmməruzəçi noyabrın 26-dan 28-dək Azərbaycan prezidenti, Milli Məclisin sədri, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və QHT nümayəndələri ilə görüşlər keçirəcək.
Səfərdə məqsəd Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.
Səfərin yekununda noyabrın 28-də Pedro Aqramunt mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, AŞPA-nın 2013-cü il yanvarın 21-25-də keçiriləcək qış sessiyasında Azərbaycanla bağlı hesabat təqdim olunacaq.

792