Fransız mətbuatı Azərbaycan - Fransa əlaqələrindən yazıb
Fransada gündəlik nəşr olunan “Ouest-France” qəzetində Azərbaycan ilə Fransa arasında əlaqələrdən bəhs edən məqalə verilib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə,müxtəlif yarım sərlövhələr altında dərc olunan məqalədə son vaxtlar iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın geniş vüsət aldığı diqqətə çatdırılıb.
Qəzetin “2013-cü ildə Fransa ilə Azərbaycanın qardaşlaşması baş tutacaq” yarımsərlövhəsində 1991-ci ildə müstəqilliyini bərpa edən, Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə Fransanı 3500 kilometrlik məsafənin ayırmasına baxmayaraq, son bir neçə ayda iki ölkə arasında əlaqələrin intensivləşdiyi xüsusi vurğulanır, 2011-ci ilin yazında Azərbaycanın Naftalan şəhəri ilə Fransanın Leql şəhərinin qardaşlaşmasına dair protokolun imzalandığı, bununla əlaqədar 2013-cü ilin may ayında qardaşlaşmanın rəsmi sənəd əsasında qüvvəyə minəcəyi bildirilir, Azərbaycanın müxtəlif çeşidli pendirin vətəni kimi tanınan Normandiya ilə bu sahədə əməkdaşlıq barədə danışıqlar aparılmasından, Leqlin 18 idmançısının ölkəmizə səfəri və idmançılarımızla keçirdikləri yoldaşlıq görüşündən söhbət açılır.
Məqalədə ölkəmizin iqtisadi sahədə Fransa və İtaliyanın əsas tərəfdaş olduğu, Bakıda su təchizatı şəbəkəsinin tikintisi üçün Fransanın Orn bölgəsinin bu sahədə ixtisaslaşmış kiçik və orta şirkətləri ilə danışıqlar aparıldığı, rəsmi Bakının bütün Fransa regionları ilə əlaqələri genişləndirməkdə maraqlı olduğu, artıq bu istiqamətdə Reims, Şalon an Şampan, Niort, Konyak və Ronorantən şəhərlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsertlər təşkil edildiyi, gələn il daha bir neçə şəhərdə bu istiqamətdə tədbirlər keçiriləcəyi geniş yer alıb.
Məqalədə, həmçinin senator Jan-Klod Lönüarın cari ilin oktyabr ayında Senatın enerji qrupu ilə birlikdə ölkəmizə səfər etdiyi, Azərbaycanın enerji resurslarının Avropaya nəqli ilə bağlı layihələr ətrafında fikir mübadiləsi aparıldığı, senator Natali Qulenin vasitəçiliyi ilə Heydər Əliyev Fondunun Bellu kilsəsinin vitrininin bərpasına humanitar yardımı, habelə respublikanın xalq artisti, pianoçu Murad Hüseynovun Pen-la Garen şəhərindəki konserti xatırlanır.
Yazıda qeyd olunur ki, mədəniyyət hər hansı ölkəni tanıtmaqda müstəsna rol oynayır.
Bu səbəbdən də Azərbaycanın Fransanın müxtəlif regionlarında təşkil etdiyi mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanır.
“Elçin Əmirbəyov kiçik və orta şirkətlərə səslənir” yarımsərlövhəsində ölkəmizin səfiri Elçin Əmirbəyovun Azərbaycanın kənd təsərrüfatı, informasiya texnologiyaları, ekologiya və turizm sektorlarında Fransanın kiçik və orta şirkətləri ilə əməkdaşlıq qurmaqda maraqlı olduğuna dair fikirləri diqqətə çatdırılır.
Səfirin geosiyasətə dair suallardan yayınmadığını yazan müəllif Erik de Granmaison Elçin Əmirbəyovun sözlərinə istinadən Azərbaycanın ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğal olunduğunu, beynəlxalq təşkilatların problemin həlli yolunda səylərinə baxmayaraq, münaqişənin bu günədək həllini tapmadığını, 2012-ci ildə Prezident İlham Əliyevin Fransaya rəsmi səfərə gəldiyini, 60-a yaxın fransız şirkətinin nümayəndələri ilə görüşlər keçirdiyini, Fransa ilə işgüzar əlaqələrin inkişaf etdirilməsində respublikamızın maraqlı olduğunu qeyd edir.
“Senator Natali Qule Bakıya böyük ümid bəsləyir” yarımsərlövhəsində senatorun Azərbaycana çox bağlı olduğu vurğulanır. N.Qulenin Azərbaycanda qadınların çadrasız gəzməsinə, ölkəmizin başqa dinlərə münasibətdə böyük tolerantlıq göstərməsinə, etnik qrupların dininin, dilinin və mədəniyyətinin inkişafına dövlətin hərtərəfli qayğı göstərməsinə, Fransanın Azərbaycanda yetərincə təmsil olunmamasına, fransızların Azərbaycandan çox şeylər öyrənməsinə, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına dair fikirləri məqalədə yer alıb.
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın perspektivlərinə toxunan Leql şəhərinin meri Tieri Pino ölkəmizi Fransa üçün vacib iqtisadi əməkdaş kimi dəyərləndirərək, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi zamanı bir çox xarici mətbuatın ölkəmizə qara yaxmasını pisləyib, Azərbaycanın Avropaya girişi üçün Leql şəhərinin başlanğıc nöqtə olacağına əminliyini bildirib.

958