Həmsədrlər Ermənistanda olub
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, E. Nalbandyan diqqəti Azərbaycan rəhbərliyinin bəyanatlarına yönəldib. O bildirib ki, daxili auditoriyaya yönəlməsinə baxmayaraq, bu bəyanatlar danışıqlar prosesinə ciddi zərər verir və bölgədə vəziyyəti gərginləşdirir.
Həmsədrlər isə Xankəndində Bako Saakyanla keçirdikləri görüşün yekunları ilə bağlı nazirə məlumat verərək, təmas xəttində gərginliyin azaldılması üçün təkliflərini səsləndiriblər.
ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrda Dublində keçiriləcək yığıncağı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə görüşünün təşkili imkanları da müzakirə edilib.

Oxşar yazılar

Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09
Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub
23 aprel 2025 , 07:09
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50