Rövşən Tağıyev: “Az qüvvə deyilik, sadəcə birləşmək lazımdır...” – MÜSAHİBƏ
Həmkarım Muradla Ukraynaya olan səfərimiz çərçivəsində Rövşən Surxay oğlu Tağıyevlə olan təsadüfü qısa tanışlığımızdan istifadə edib özü, xüsusilə növbədənkənar seçki ilə yeni rəhbər seçildiyi UAK-ın diaspora fəaliyyəti və o cümlədən Ukraynada azərbaycanlılarla bağlı baş verən hadisələrdən söz açmağa çalışdıq...
O, hazırda Ukraynada Azərbaycan diasporuna rəhbərlik edir və ilk söhbətimiz də yaşadığı ölkədə onu hazırkı missiyasına gətirən yoldan başladı:
- Orta məktəbi Azərbaycanda bitirdikdən sonra 1986-91-ci illərdə Şevçenko adına Kiyev Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışam və ali təhsildən sonra da burada yaşayıram. Həmin dövr SSRİ-nin dağılması və bazar iqtisadiyyatına keçid dövrünə təsadüf etdiyindən geniş biznes fəaliyyətinə başlamağımla yanaşı ilk dəfə olaraq Ukraynada yaratdığımız diaspor mərkəzinin - Azərbaycan Cəmiyyətinin sədri olmuşam. O dövrdə paralel olaraq bir müddət Ukraynada Türkdilli Xalqların Mədəniyyət mərkəzinə həmsədr də olmuşam. Cəmiyyətə sədrliyim isə 1997-ci ilə qədər davam edib. 1997-ci ildən 2002-ci ilə qədər isə Azərbaycanın Ukraynadakı səfirliyinin katibi olmuşam, ardınca isə Ukrayna vətəndaşlığını qəbul edib, şəxsi biznesimi genişləndirməklə məşğulam. Ukraynanın tikinti və kənd təsərrüfatı sektorunda geniş sərmayəm olmasına baxmayaraq, UAK-a sədr olana qədər diaspor fəaliyyətim də dayanmayıb.
“O vaxt Nazim İbrahimov ilə mən...”
Məsələ burasındadır ki, bəzilərinin UAK-ın yaranması tarixi ilə bağlı iddiaları yersizdir. Belə ki, səfirlikdə işlədiyim dövrdə, hansı ki o dövrün əvvəlki illərində Azərbaycanın Ukraynadakı səfiri hazırkı Komitə sədri Nazim ibrahimov idi, biz UAK-ı yaratdıq. O vaxt Nazim İbrahimov ilə mən ümummilli lider Heydər Əliyevin tövsiyəsi əsasında 1999-cu ildə Ukraynada diaspor fəaliyyətinin genişləndirilməsi üçün belə bir Konqresin əsasını qoyduq. Önəmi də ondadır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xaricdə ilk diaspor konqresi məhz Ukraynada yarandı. Beləliklə bu müddət ərzindəki fəaliyyətim nəticə etibarı ilə bu yaxınlarda keçirilən seçkilərdə UAK-a sədr olmağım üçün buradakı 18 regionda yaşayan azərbaycanlıların səs çoxluğunu qazanmağıma səbəb oldu...
- Bəs nə səbəb oldu ki, UAK-a növbədənkənar seçkilər keçirildi?
- Son illər UAK-ın İdarə Heyətinin fəaliyyəti demək olar ki, yox dərəcəsinə enmişdi və bu da təbii ki burada yaşayan azərbaycanlıları narahat edirdi. Amma bu demək deyildi ki həmin vaxt Konqresdə olanlar Azərbaycanı sevmirdilər, sadəcə sistem düzgün qurulmamışdı. Ona görə də şərait elə gətirdi ki, UAK-ın durumuna müdaxilə etmək vacib oldu və Ukraynadakı 18 regionundakı nümayəndələrimiz növbədənkənar yığışıb, konfrans çağıraraq seçkilər keçirməyi planlaşdırdıq. Bu il avqustun 26-da 18 regionun diaspor rəhbərləri Kiyevdə toplaşaraq növbədənkənar seçkilər keçirildi və onların səsi ilə mən seçiləsi oldum.
UAK-ın mənə qədərki sədri İlqar Abbasov özü də çox işgüzar adamdır. Ukraynada istehsalat sahəsində seçilən iş adamlarındandır və biznesində əsasən azərbaycanlıları işlə təmin edir. Amma sırf biznesi ilə bağlı işləri çox olduğundan İ.Abbasov UAK-dan kənara çəkilmək istədiyini bildirdi və biz seçkilərə getdik.
“...bu məsələdə ermənilər bizdən aktivdirlər...”
- Seçkilərdən sonra UAK-ın qarşıda hansı planları var ki, indiyə qədər olan boşluğu dolduracaq?
- Müəyyən regionlar var ki, orada bir neçə cəmiyyətlər var, yəni UAK-ın hansısa regionda bir nümayəndəliyi olsa da orada ondan başqa bir, yaxud bir neçə Azərbaycan cəmiyyətləri də var. Bu da vahid məqsəd üçün müəyyən əngəllər yaradır. Ona görə də mənim hazırladığım yeni proqram ondan ibarətdir ki, bütün bu əlavə cəmiyyətləri də vahid təşkilatda toplamaq üçün geniş və sürətli müzakirələrə başlayaq.
Eyni zamanda UAK özünün hüquqi mərkəzlərini yaradacaq və hər regiondakı nümayəndəliyində vəkillər mərkəzi fəaliyyət göstərəcək. Çünki fəaliyyət genişləndikcə hüquqi yardımlara ehtiyac çoxalır.
- Ümumilikdə Ukraynada nə qədər azərbaycanlı var?
- Bilirsiniz, bu gün Ukraynadakı erməni diasporu iddia edir ki, guya burada 680 min erməni yaşayır. Bu tamamilə yalandır, çünki faktiki olaraq azərbaycanlılar ermənilərdən çoxdu və ermənilər isə sayı 300 mindən çox deyil. Sadəcə, onlar saylarını çox göstərməklə müəyyən dividentlər əldə etmək istəyirlər...
- Ukraynada ermənilər daha çox aktivdir, yoxsa azərbaycanlılar?
- Mən tamamilə obyektiv cavab verməyə çalışacam: əgər Ukrayna parlamentinə son seçkilər nəticəsində 5 erməni deputat daxil olursa, bu o deməkdir, təəssüf ki, onlar bizdən aktivdirlər, bu məsələlərdə ermənilər çox fəaldırlar... Çünki Ukrayna parlamentinə əsasən biznes strukturuna mənsub olan insanlar daxil olurlar. Eyni zamanda ermənilər siyasi anlamda da aktivdirlər.
Elə buna görə də UAK-a keçirilən son seçkilərdən sonra biz qarşıya məqsəd qoymuşuq ki, bu fərqi aradan qaldıraq və ən azı ermənilərin fəaliyyətini kölgə altında qoyaq. Mən artıq iki aydır UAK-a sədr seçildim və onda da artıq parlamentə seçkilər yaxınlaşmışdı deyə təsirləri artırmaq gec idi.
Biz artıq fəaliyyətimizi elə qurmuşuq ki növbəti seçkilərdə Ukrayna parlamentində azərbaycanlıların sayı ən azı ermənilərdən çox olsun. Çünki biz burada heç də az qüvvə deyilik, sadəcə bu qüvvəni birləşdirmək lazımdır...
“Bu qətlə siyasi don geyindirmək düzgün deyil...”
- Radaya keçirilən son seçkilərə də münasibətinizi bilmək istərdik...
- Ümumilikdə seçki çox qaynar keçdi, lakin hələ də bəzi regionlarda seçkinin nəticələri tam olaraq bəlli deyil...
- Bu yaxınlarda Ukraynada Donetsk vilayətində diaspor fəaliyyəti göstərən azərbaycanlı iş adamı İlqar Mahmudovun qətli ciddi müzakirələrə səbəb oldu. Sizin bu məsələ ilə bağlı bilgiləriniz necədir?
- Mənim onunla şəxsi tanışlığım olmayıb. Qətl barədə də mətbuatdan xəbər tutdum. Amma eşitdiyimə görə, orada hansısa biznes söhbəti olub və qətl deyəsən bununla əlaqəlidir. Bu barədə Ukrayna hüquq mühafizə orqanları da bilirlər və hadisə ilə bağlı bir neçə şəxs həbs olunub, hazırda istintaq gedir. Hesab edirəm, bu qətlə siyasi don geyindirmək düzgün deyil. Bu, UAK-a aid olmayan da məsələdir, çünki mərhumun təşkilatı müstəqil diaspor təşkilatı idi.
- Ukraynada adı tez-tez hallanan azərbaycanlılardan biri də “qanuni oğru” Rövşən Lənkəranskidir (Canıyev)...
- Mən Lənkəranskini şəxsən tanımıram, adını mətbuatdan eşitmişəm. Ona cinayətkar da deyə bilmərəm, çünki əgər o azadlıqdadırsa, necə cinayətkar ola bilər?..
“Azərbaycanlı iş adamlarını Ukrayna torpaqlarından yararlanmağa çağırıram...”
- Az əvvəl siyasi fəaliyyətlə yanaşı biznes sektorunda da azərbaycanlıların ermənilərə nisbətdə hazırda passiv olmasından danışdıq. Bunu aradan qaldırmaq üçün yerli mühitə bələd köhnə biznesmen kimi nə təklif edərdiniz?
- Bu gün Ukraynanın iqtisadi sektoru hələ boşdur. Ölkənin ən qiymətli sərvəti onun münbit torpaqlarıdır. Dünyanın qara torpağının üçdəbiri buradadır. Ölkə qanunvericiliyində gözlənilən dəyişikliyə görə, yaxın zamanlarda yerli kəndlilər torpaqlarını satmaq imkanı əldə edəcəklər və yerli mühitə bələd olan adam kimi əminəm ki, kəndlilərin tam əksəriyyəti də maddi səbəblər üzündən satışa torpaqlar çıxaracaqlar. Bu səbəbdən də burada kənd təsərrüfatı ilə bağlı böyük layihələr həyata keçirmək olar və mən azərbaycanlı iş adamlarını Ukrayna torpaqlarından yararlanmağa çağırıram... İndinin özündə də burada azərbaycanlılar var ki, kənd təsərrüfatı şirkətləri və on minlərlə hektar torpaqları var. Məsələn, Dnepropetrovsk vilayətinin deputatı, iş adamı Fəxrəddin Muxtarov bu sıraya daxildir. Amma bunun həcmini və sayını Ukraynada daha çox eləmək olar. Bir diaspor rəhbəri, uzun illərin təcrübəli iş adamı kimi istənilən azərbaycanlı iş adamına kifayət qədər vakant yeri olan Ukrayna iqtisadiyyatında yardımçı olmağa hazıram.
Biz burada nə qədər geniş imkanlara malik olsaq da, kürəyimizi Azərbaycan dövlətinə və xalqına söykəmişik. Biz burada istənilən fəaliyyətimizdə Azərbaycandan stimul alırıq və həmişə Vətənin yanındayıq...
Mübariz Aslanov,
Kiyev
[email protected]

2550