Bakıda yaşayış binasında YANĞIN  - YENİLƏNİB
04 noyabr 2025 17:42 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

0

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 16:46

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada yerləşən mənzildə yanğın olub. 

FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Çoxmənzilli binada baş verən yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar