ABŞ-ın xüsusi elçisi Azərbaycandadır
03 noyabr 2012 01:47 (UTC +04:00)

ABŞ-ın xüsusi elçisi Azərbaycandadır

ABŞ-ın qadın məsələlərinə dair xüsusi tapşırıqlar üzrə elçisi Melani Vervir Azərbaycanda səfərdədir.

APA-nın ABŞ Dövlət departamentinin məlumatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində noyabrın 2-dən 5-dək M.Vervir rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşlər keçirəcək.

Görüşlərdə Qafqazda və o cümlədən Azərbaycanda qadınların hüquqları, gender bərabərliyi, ABŞ-ın qadın hüquqları və imkanlarının genişlənməsi üçün göstərə biləcəyi yardım müzakirə olunacaq.

Həmçinin M.Vervir bölgədəki sülhyaratma prosesində fəal iştirak edən qadın liderlərlə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar