Azərbaycanla Türkiyə arasında Qəbələdə imzalanmış sənədlər təsdiqləndi
APA-nın məlumatına görə, Fərmana əsasən, Azərbaycan və Türkiyə arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, iki ölkənin xarici siyasət idarələri arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu, Nəqliyyat Nazirliyi və Türkiyə Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu, həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu təsdiqlənib. Fərmanda Nazirlər Kabinetinə qeyd olunan sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.
932