Erməni diasporundan açıqlama: “Məktubu göndərmişik...”
02 noyabr 2012 16:10 (UTC +04:00)

Erməni diasporundan açıqlama: “Məktubu göndərmişik...”

“Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyanın “DQR”-in tanınması ilə bağlı Avstraliyan Yeni Cənubi Uels ştatının qubernatoruna və senatına təşəkkür məktubu göndərib və bu barədə sənədi də təqdim edə bilərəm. Həmin təşəkkür barədə məlumat ittifaqın saytına da yerləşdirilib”. Bu barədə Lent.az-ın müxbiri ilə söhbətində Rusiya Erməni İttifaqının birinci vitse-prezidenti Lüsi Qukasyan bildirib.

Qukasyan qeyd edib ki, onun fikrincə, bu məktubun göndərilməsi noyabrın 16-da “Azərros” rəhbərliyi ilə növbəti görüşə mane olmayacaq: “Ona qalsa, Söyün Sadıqovun tərəfdarları da ara-sıra mətbuatda ermənilərin əleyhinə təbliğat xarakterli yazılarla çıxış edirlər”.

Xatırladaq ki, Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyanın qondarma “DQR”-in tanınması ilə bağlı Avstraliyanın Yeni Cənubi Uels ştatının qubernatoruna və senatına təşəkkür məktubu göndərməsi barədə xəbər yayılıb. Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin adından göndərilən təbrikdə adıgedən ştatın parlament üzvlərinə “bu böyük cəsarətə görə” minnətdarlıq bildirilmişdi.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən hər iki qurumun rəhbəri oktyabrın 22-də Moskvadakı “Prezident-otel”də bir araya gələrək erməni və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olması barədə müzakirələr aparmışdılar. Tədbirdə qərara alınmışdı ki, tərəflər noyabrın 16-da daha geniş tərkibdə görüşsünlər.

“Azərros” Federal Milli Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov isə Lent.az-a açıqlamasında bildirmişdi: “Mən bir qədər əvvəl Ara Abramyanla danışdım. O, mənə bildirdi ki, heç kimə, heç bir ölkəyə Qarabağla bağlı heç bir məktub göndərməmişəm. Dərhal Abramyanla əlaqə saxladım. O, mənə bildirdi ki, Ermənistanda bəzi radikal qüvvələr ona qarşı təxribatla məşğuldurlar. Mənə dedi ki, heç kimə, heç bir dövlətə belə məzmunda məktub yazmayıb”.

İndi belə çıxır ki, məktub əslində göndərilibmiş...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680

Oxşar yazılar