Prezident İlham Əliyev rusiyalı deputatları qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən dövlət başçısı bu münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin rolunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının fəaliyyəti barədə dövlət başçısına məlumat verib. Azərbaycana sonuncu səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyən S. Orlova bu inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

854