İqbal Ağazadə: “Əvvəlcə fahişəliyin qaydasını müəyyənləşdirmək lazımdır…”
Bu gün Milli Məclisdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə münasibət fərqli olub. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili İqbal Ağazadə deyib ki, yol polislərinin yalandan sürücülərin göstərişə tabe olmamaqda ittiham edəcəkləri və protokol yazacaqları istisna deyil.
İqbal Ağazadə bildirib ki, fahişəliyə görə belə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulur: “Əvvəlcə fahişəliyin qaydasını müəyyənləşdirmək lazımdır. Yoxsa indi nişanlı oğlanla qızı, bir-birini sevən iki gənci polis şöbəsinə aparırlar. O gənclər də söz-söhbətin çıxmaması üçün nəinki 80 manat, daha çox pul verməyə razılaşırlar. Vətəndaşın üzərinə bu qədər məsuliyyət qoymaq olmaz”.
Millət vəkili deyib ki, yol polisləri bəzən sürücüləri asanlıqla aldadırlar: “Ona görə də bu kimi məsələlərdə vətəndaşın məsuliyyətinin artırılmasına yönəlik addımların atılmasına çalışmamalıyıq. Savadsız sürücü yalan ittihamların qarşısında nə edəcək?”
Spiker Oqtay Əsədov isə İqbal Ağazadənin bütün sürücüləri savadsız adlandırmasını düzgün saymayıb: “İqbal bəy, siz özünüz də sürücüsünüz. Bütün sürücüləri savadsız adlandırmaq düzgün deyil”.
Ramiz

2388