“Yetişdirdiyniz uşaqlar barədə tədbir görün”-SİYASİ MƏKTUB
02 noyabr 2012 12:11 (UTC +04:00)

“Yetişdirdiyniz uşaqlar barədə tədbir görün”-SİYASİ MƏKTUB

Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Fazil Mustafa Azərbaycan mətbuatının Diffomasiya haqqında qanunun qəbuluna hazır olmadığını söyləyib.

O bildirib ki, əvvəllər hakimiyyətin bu qanunu qəbul etməyə hazır olduğunu düşünüb: “Ancaq görürəm ki, mətbuat bu qanunun qəbuluna hazır deyil. “Azadlıq” qəzeti haqqımda müxtəlif böhtanlar səsləndirir. Mən bununla bağlı Mətbuat Şurasına yox, ABŞ səfirliyinə məktub yazmışam ki, yetişdirdiyniz uşaqlar barədə tədbir görün”.

Fazil Mustafa millət vəkillərinin ünvanına mətbuatda ünvanlanan təhqiramiz fikirlərə Milli Məclisin mətbuat xidmətinin münasibət bildirməsini istəyib.

Spiker Oqtay Əsədov deyib ki, bəzi mətbuat orqanlarının əlindən qara yaxmaqdan başqa iş gəlmir: “Münasibət bildirməyə gəlincə, nümayəndə heyətimiz bu yaxınlarda Kvebekd toplantıda iştirak etdi. Nümayəndə heyətimizin fikri vardı ki, Avropa qrupuna daxil olsun. Hələ iclas başlamamışdan qaban Almaniyanın bir deputatı Azərbaycan barədə mənfi çıxış etməyə başladı. Səsvermə zamanı 29 lehinə, 25 əleyhinə səs verdi, 3 nəfər bitərəf qaldı. Sonra başladılar ki, 23 səsvermə ilə qəbul olsun və Azərbaycan bu qədər səs toplamadığı üçün keçməsin. Daxilimizdə də Azərbaycanla bağlı düzgün olmaya xəbərlər yayırlar. Fazil Mustafanın fikirlərini dəstəkləyirəm və Mən də Milli Məclisin mətbuat xidmətinə tapşıracam ki, bu işlə məşğul olsunlar”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar