“Qardaş Köməyi” - FOTO
Bakıda “Keçmişdən Günümüzə Azərbaycan-Türkiyə Xeyriyyəçilik Əlaqələri-Qardaş köməyi” adlı beynəlxalq simpozium keçiriləcək. Lent.az-ın məlumatına görə, Türk Əməkdaşlıq və Koordinasion Ajansı Başkanlığının (TİKA) və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium noyabrın 7-də Azərbaycan Dillər Universitetinin akt zalında təşkil olunacaq. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcək.
Layihə çərçivəsində, “Qardaş Köməyi” adlı jurnal transliterasiya edilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb və daha sonra nəşr olunub. Simpoziumda əsas məqsəd yetişməkdə olan gənc nəslə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.

1522