MDB xüsusi xidmət orqanlarının təmsilçiləri Bakıda - FOTO
01 noyabr 2012 15:05 (UTC +04:00)

MDB xüsusi xidmət orqanlarının təmsilçiləri Bakıda - FOTO

Noyabrın 1-də Bakıda Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının XXI iclası keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iclasın işində MDB ölkələrinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətlərinin nümayəndə heyətləri iştirak edib. Tədbiri giriş sözü ilə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açıb və tədbir iştirakçılarına baş nazir Artur Rasi-zadənin təbriklərini çatdırıb, iclasın hökumət rabitəsi üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd edib. Nazir Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının iclasında dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemlərinin və şifrələmə vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin ümumilikdə beynəlxalq rabitə sahəsində əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib.


Sonra iclasda dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemləri və şifrələmə vasitələri üzrə elmi-texniki nailiyyətlərin tətbiqi, müvafiq ixtisaslı kadrların hazırlanması, səmərəli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
XXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq Protokol imzalanıb, Şuranın gələn il üçün fəaliyyət Planı təsdiq edilib, Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının 2013-cü il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılıb.
Hökumət Rabitəsi üzrə MDB Koordinasiya Şurasının növbəti iclasının gələn il Özbəkistanda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar