Ukrayna Radasında azərbaycanlı olmayacaq - AÇIQLAMA
Bu barədə Lent.az-ın müxbirinə Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat katibi Fərid Babayev bildirib. Fərid Babayevin bildirdiyinə görə, Kiyev şəhərindən deputatlığa namizəd olan Rəna Nəzərovanın qalib gəlmək üçün gözəl şansı olub: “Rəna xanım 20 mindən çox səs yığsa da, təəssüf ki, yetərli olmayıb, o, ikinci yeri tutub”.
Mətbuat katibinin dediyinə görə, ötən parlamentdə Ukrayna Radasında iki Azərbaycan əsilli deputat olub. Onlardan biri Oleq Babayev sonradan Kremençuq şəhərinin meri seçildiyindən onun deputat səlahiyyətinə xitam verilmişdi.
Digər azərbaycanlı deputat Eduard Bağırov isə budəfəki seçkilərdə iştirak etməyib.
Səbuhi Məmmədli

1301