Bakıda “NATO Günləri” başlayıb - FOTO
01 noyabr 2012 10:25 (UTC +04:00)

Bakıda “NATO Günləri” başlayıb - FOTO

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku (Rumıniya HDQ-i) rəhbərlik edir.

Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilir və dəyirmi masada müzakirələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar