« İsrail -Türkiyə münasibətlərinin normallaşmasında Bakı vasitəçi ola bilər»
«Knessetdə «erməni soyqırımı»nın tanınması məsələsi dəfələrdə qaldırılıb. Mənim fikrimcə, bu tipli məsələlər akademiyalar və forumlarda alimlər səviyyəsində, həmçinin tarixi faktlara əsasən həll edilməlidirlər. İsrail Ermənistan və Türkiyənin daxili işlərinə aid məsələlərdə iştirak etməməlidir». Bu barədə jurnalistlərə israilli siyasətçi, «Bizim evimiz İsraildir» partiyasından Knessetin deputatı Aleks Miller bəyan edib. Onun sözlərinə görə, İsrail demokratik ölkə olduğu üçün Knesset deputatlara bu və ya digər məsələni qaldırmağı qadağan edə bilməz.
Deputat İsrail-Azərbaycan əlaqələri sahəsində siyasətçi parlamentlərarası münasibətlərin möhkəmləndirilməsini qeyd edib və qarşılıqlı səfərlərin vacib olduğunu bildirib: «Əgər azərbaycanlı parlamentarilər İsrailə, israilli deputatlar isə Azərbaycana səfər etsələr, biz sevinərik. Bu iki ölkə arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə səbəb ola bilər. Bundan əlavə, Azərbaycan vətəndaşlarının bəzi qrupları, o cümlədən tələbələr, müəllimlər, dövlət məmurları üçün viza rejiminin sadələşdirilməsi imkan var. Bu isə gələcəkdə Azərbaycan vətəndaşları üçün vizanın tamamilə ləğvinə gətirə bilər».
Aleks Miller bir daha tezliklə fəaliyyətə başlayacaq Azərbaycan-İsrail ticarət palatasının vacibliyini vurğulayıb. Beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərinə toxunan A.Miller Bakının İsrail-Türkiyə münasibətlərinin normallaşması məsələsində vasitəçi ola biləcəyinə ümid etdiyini bildirib.

884