Əli Əhmədov: “Minsk Qrupu ciddi dəyişiklik etməlidir”
31 oktyabr 2012 18:52 (UTC +04:00)

Əli Əhmədov: “Minsk Qrupu ciddi dəyişiklik etməlidir”

0
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov söyləyib. Əli Əhmədov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların münaqişənin nizama salınmasına praktik kömək göstərilməsindən ibarət olduğunu bildirib: “20 ildən çoxdur ki, münaqişə həll olunmur və bir qurum ki, 20 il ərzində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, hesab edirəm ki, Minsk Qrupunun formatında hansısa ciddi dəyişikliklər etməyə ehtiyac var. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. 20 il ərzində münaqişənin həllində irəliləyiş olmayıbsa, eyni formatda aparılan danışıqların nəticə verəcəyinə inanmaq olmaz. Bu inam üçün insanda ruh yüksəkliyi olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli və 100 minlərlə insanın əziyyətinə son qoyulması üçün yalnız ədalətli bir vasitə tapılmalıdır”.
Əli Əhmədov vurğulayıb ki, Minsk Qrupunun həmsədrlik institutu səmərəli fəaliyyət göstərə bilmir: “Bu, birmənalı şəkildə belədir. Yəqin ki, bunun səbəbləri üzərində düşünərkən, eyni zamanda, format məsələsinə gəlib çıxırıq. Formatın dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər , o cümlədən, Fransanın həmsədrliyinin Avropa İttifaqı tərəfindən əvəzlənməsi haqqında fikirlər səsləndirilib. Başqa fikirlər də səsləndirilib. Hər halda bu fikirlər çox səsləndirilib, bunları təhlil etmək fikrində deyiləm. Mən də mövqeyimi , o cümlədən , Fransa ilə əlaqədar mövqeyimi dəfələrlə səsləndirmişəm. Hər halda Minsk qrupu fəaliyyətində dəyişiklik etmək zorundadır. Etməsə, bunun alternativi münaqişənin hələ uzun illər uzanmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar