Bakıda Kütləvi Qırğın Silahlarından müdafiə üzrə ekspert görüşü keçiriləcək
0
0
Bakıda Kütləvi Qırğın Silahlarından müdafiə üzrə ekspert görüşü keçiriləcək. Müdafiə Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 12-16 noyabr tarixlərində keçiriləcək görüş Azərbaycan-Çex Respublikası ikitərəfli əməkdaşlıq proqramına əsasən təşkil olunacaq.
Nazirlik “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında keçirilən və digər tədbirlərin siyahısını da təqdim edib. Hərbçilərimiz Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, Qara Dəniz Rotasiya qüvvələrinin 2013-cü il üzrə təliminin əsas planlaşdırma konfransında iştirak edəcəklər. Görüş 2-7 noyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil ediləcək.