İtaliyada Dağlıq Qarabağla bağlı kitablar tədris olunur
0
0
Burada italiyalı alimlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı italiyan dilində kitablar yazıblar”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
M. Mərdanovun sözlərinə görə, həmin kitablar İtaliya universitetlərində tədris olunur: “Dünyanın yeddi böyük ölkəsi sırasında olan dövlətdə Azərbaycana bu qədər diqqət və maraq var. Əlbəttə, bu, birbaşa iki ölkə rəhbərliyinin münasibətləri ilə bağlıdır. Həmçinin bizim İtaliyadakı səfirliyimizin bu işə ciddi yanaşmasının təzahürüdür”.
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ problemi və Azərbaycanla bağlı digər məsələləri əks etdirən kitabları italiyalı alimlər arxiv sənədləri əsasında hazırlayıblar. M. Mərdanovun sözlərinə görə, həmin kitablar İtaliya tərəfinin öz vəsaiti hesabına çap olunub: “Onlar bunu bizim xətrimizə deyil, ədalət naminə həqiqəti dünyaya təbliğ edirlər. İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik. Bu istifadədə də təhsil körpüsü öz sözünü deməlidir”.
Anar Məcidzadə