İranın yeni hərbi attaşesi Səfər Əbiyevə təqdim edilib
31 oktyabr 2012 12:00 (UTC +04:00)

İranın yeni hərbi attaşesi Səfər Əbiyevə təqdim edilib

0
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək,
ona gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda səfir Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikasına təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 784

Oxşar yazılar