Elmar Məmmədyarov “Xarici Siyasət sahəsində 2011-ci ilin Pozitiv Şəxsi” oldu - FOTO
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Sloveniyada fəaliyyət göstərən Yaxın Şərq və Balkan Araşdırmaları üzrə Beynəlxalq İnstitutun (İFİSEM) Məşvərət Şurasının vitse-prezidenti, Serbiyanın keçmiş baş naziri Zoran Jivkoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Zoran Jivkoviç Nazir Elmar Məmmədyarovun İFİSEM tərəfindən “Xarici Siyasət sahəsində 2011-ci ilin Pozitiv Şəxsi” adına layiq görüldüyünü bildirib və mükafatı təqdim edib.
Elmar Məmmədyarov təqdim olunan mükafata görə qarşı tərəfə dərin minnətdarlığını bildirib. Xarici işlər naziri ölkəmizin Balkan ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.