Prezident İlham Əliyev Belarus baş nazirinin müavinini qəbul edib
0
0
Prezident İlham Əliyev oktyabrın 30-da Belarus Respublikası baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
Belarusun baş nazirinin birinci müavini Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olunub, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.