Mehriban Əliyeva Fransada -
Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Azərbaycanın mədəniyyətinin təbliği məqsədilə Fransanın regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanılıb. Oktyabrın 19-da Reymsdə baş tutan tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
Oktyabrın 19-da Mehriban Əliyevanın Reyms şəhərinin meri xanım Adelin Hazan ilə görüşü olub. Mehriban Əliyeva Reymsdə Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərinin keçirilməsinə verdiyi dəstəyə görə şəhər merinə təşəkkürünü bildirib, bu cür tədbirlərin gələcəkdə Fransanın bir çox şəhərində baş tutacağını diqqətə çatdırıb.
Adelin Hazan da Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlərin maraqla qarşılandığını vurğulayıb, budəfəki sərgi və konsertin də yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu qeyd edib.
Mehriban Əliyeva meriyanın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirib.
Reymsə səfəri çərçivəsində Azərbaycanın birinci xanımı şəhərin tarixi məkanları ilə tanış olub, daha sonra Reyms Bazilik kilsəsini ziyarət edib.
Həmin gün Reymsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılış mərasimi olub. Açılış mərasimində çıxış edən Mehriban Əliyeva bu cür tədbirlərin Reymslə yanaşı, Fransanın daha on şəhərində keçiriləcəyini diqqətə çatdırıb.
Reyms Konservatoriyasında xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04