AAC və “Yahad in Unum” tədqiqatçılar şəbəkəsi yaradacaq
18 oktyabr 2012 17:52 (UTC +04:00)

AAC və “Yahad in Unum” tədqiqatçılar şəbəkəsi yaradacaq

0
APA-nın məlumatına görə, bu barədə “Yahad in Unum” assosiasiyasının prezidenti Patrik Despois Bakıda işini başa vurmuş “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda beynəlxalq simpoziumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Tədbiri təşkil etdiyinə görə, Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edən Patrik Despois bildirib ki, bu simpozium Almaniya, Ukrayna Böyük Britaniya, ABŞ və Azərbaycandan olan Holokost və soyqırımı üzrə tədqiqatçılar arasında təcrübə mübadiləsi aparmağa yardımçı olub: “Gələcək əməkdaşlıq üçün dialoq qurulub. Ümidvaram ki, gələcəkdə burada Xolokostu daha yaxından öyrənəcəklər, biz isə öz tərəfimizdən Azərbaycanı narahat edən məsələlərin öyrənilməsinə kömək edəcəyik”.

Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəsi, tarixçi Kərim Şükürov bildirib ki, təşkilat və “Yahad in Unum” akademik əməkdaşlığı davam etdirəcəklər: “Xüsusilə Azərbaycan arxivlərində II dünya müharibəsi dövründə ölkəmizdə sığınacaq tapmış yəhudilərə dair materialların tədqiqi işi davam etdiriləcək. Bu işin gedişində o dövrdə baş verən hadisələrin canlı şahidlərində müsahibələr götürüləcək. Planlarımızda Xocalı soyqırımının da birgə tədqiq olunması var”.

Qeyd edək ki, oktyabrın 17-18-də Bakıda “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda beynəlxalq simpozium keçirilib. APA-nın məlumatına görə, simpozium Avropa Azərbaycan Cəmiyyəti və “Yahad in Unum” təşkilatları tərəfindən təşkil olunub. Simpoziumun işində Almaniya, ABŞ, Ukrayna, Fransa, Böyük Britaniya, Azərbaycandan alim və ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 901

Oxşar yazılar