AŞPA sədri, Səməd Seyidov və  David Arutunyanın birgə görüşü oldu
02 oktyabr 2012 00:09 (UTC +04:00)

AŞPA sədri, Səməd Seyidov və David Arutunyanın birgə görüşü oldu

0
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin görüşü olub.

APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutub.

Görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.

Tərəflər görüşün məzmunu barədə mətbuata məlumat verməyiblər.

Qeyd edək ki, görüş AŞ PA-nın plenar iclasında Səməd Seyidovun assambleyada tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin keçirilməsi ilə bağlı təklifindən sonra AŞ PA sədri Jan-Klod Minyonun təşəbbüsü ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar