Zəncəfil dərman kimi istifadə EDİLƏ BİLƏR - DİETOLOQ
14 yanvar 2023 17:56 (UTC +04:00)

Zəncəfil dərman kimi istifadə EDİLƏ BİLƏR - DİETOLOQ

Zəncəfil dərman kimi istifadə edilə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ye. Oxu. Arıqla" kitabının və metodologiyasının müəllifi, məşhur dietoloq və psixoloq Zoya Boqdanova zəncəfilin faydalarından danışıb.

Onun sözlərinə görə, bitki həm də antibakterial xüsusiyyətlərə malikdir:

"Zəncəfildən suşi hazırlanmasında istifadə edilməsi səbəbsiz deyil. Çünki bu bitki çiy balıqda olan bakteriyaları öldürür. Yəni, zəncəfil antiseptik kimi fəaliyyət göstərə bilər. Bununla belə, SARS, qrip və digər viral xəstəliklərlə, ənənəvi tibb baxımından müəyyən təsir göstərsə də, sağaltmayacaq. Bədəni qızdıracaq, qan damarlarını genişləndirəcək və immuniteti artıracaq. Zəncəfilin tərkibində çoxlu C vitamini, minerallar var".

Əks göstərişlərə gəldikdə, Boqdanova zəncəfildən acqarına istifadə etməyi, həmçinin həzm sistemi, öd yolları, qaraciyər xəstəlikləri, zəif bağırsaqları, mədə və ya onikibarmaq bağırsaq xorası olan insanlara tövsiyə etmir.

"Bu məhsulun tərkibində daxili selikli qişaları qıcıqlandıra bilən çoxlu sayda maddələr var. O, turşuluğun artmasına və öd ifrazının artmasına səbəb olur", - mütəxəssis yekunda qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar