Daha bir CHP-li bələdiyyə sədri həbs olundu
23 iyun 2026 10:45 (UTC +04:00)

Daha bir CHP-li bələdiyyə sədri həbs olundu

0

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda bələdiyyədə aparılan rüşvət əməliyyatı çərçivəsində saxlanılan 19 şübhəli hakim qarşısına çıxarılıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, onlardan 9 nəfər, o cümlədən CHP-dən seçilmiş Silifke Bələdiyyəsinin sədri Mustafa Turqut barəsində həbs qətimkan tədbiri seçilib. Digər 10 şübhəli isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Silifke Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bələdiyyənin bəzi vəzifəli şəxslərinin və bələdiyyə ilə işləyən podratçıların rüşvət alma, cinayətkar qrup yaratmaq və idarə etmək, cinayətkar qrupa üzv olmaq, tenderlərə müdaxilə etmək, müqavilələrin icrasına mane olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilindikləri bildirilib.

İstintaq çərçivəsində ümumilikdə 19 nəfər barəsində prosessual tədbir görülüb. Onlardan 9 nəfərin həbsi, 10 nəfərin isə məhkəmə nəzarəti altında azadlığa buraxılması tələbi ilə iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Silifke Bələdiyyəsinin sədri Mustafa Turqut, Silifke Bələdiyyəspor Klubunun prezidenti Sait O., bələdiyyə sədrinin müavini Ezgi E.D., özəl katiblik idarəsinin müdiri Ersin S., əmlak uçotu şöbəsinin müdiri Erdoğan G., festival təşkilatçısı Erman F.K., həmçinin Şərifə Y. və Osman Y. daxil olmaqla 9 şübhəli həbs edilib. Digər şübhəlilər barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Bildirilir ki, hadisə ilə bağlı istintaq çoxşaxəli şəkildə davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar