Toyda SİLAHLI İNSİDENT : yeniyetmə 11 nəfəri güllələdi
23 iyun 2026 10:28 (UTC +04:00)

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

0

Türkiyənin Dənizli vilayətində keçirilən toy mərasimində baş verən silahlı insident nəticəsində 11 nəfər yaralanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Çivril rayonunun Kıralan məhəlləsində qeydə alınıb.

Məlumata görə, 15 yaşlı yeniyetmə gəlini evdən yola salarkən bölgədə adət hesab olunan havaya atəş açmaq istəyib. Lakin tüfəngdən açılan qırmalar yerə dəyərək istiqamətini dəyişib və yaxınlıqda olan qonaqlara dəyib.

Yaralanan 11 nəfər dərhal xəstəxanaya çatdırılıb. 

Hadisədən sonra yeniyetmə ifadə verməsi üçün jandarm bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar