Bu gün Bakı vaxtı ilə saat 21:00-da Argentina Dünya çempionatının ikinci turunda Avstriya ilə qarşılaşacaq.
Lent.az-ın xəbərinə görə, bu oyun Lionel Messi üçün tarixi ola bilər. İlk turda Əlcəzairə qarşı het-trik etdikdən sonra Leo iki rekord qırmağın bir addımlığındadır.
Cəmi bir qol - Messi Miroslav Klozeni (16 qol) keçərək Dünya çempionatı tarixində ən çox qol vuran oyunçu olacaq.

Cəmi bir məhsuldar ötürmə - Messi Dünya çempionatı tarixində ən çox məhsuldar ötürmə verən oyunçu olacaq (o, Pele ilə hazırda səkkiz məhsuldar ötürmə edib).