“Apple” yeni ağıllı saat əməliyyat sistemi “watchOS 27”ni təqdim edib.
Lent.az xəbər verir ki, yeniləmə ilə birlikdə beş köhnə “Apple Watch” modeli artıq yeni böyük proqram təminatı yeniləmələrini almayacaq.
Dəstəyi dayandırılan modellər bunlardır: “Apple Watch Series 6”, “Apple Watch Series 7”, “Apple Watch Series 8”, “Apple Watch SE” (2-ci nəsil), “Apple Watch Ultra” (1-ci nəsil).
Şirkət bildirir ki, yeni funksiyalar – süni intellekt əsaslı Siri, yeni jest idarəetməsi və digər imkanlar daha güclü prosessor tələb edir.
Buna görə də yalnız yeni nəsil modellər “watchOS 27”ni dəstəkləyəcək.
Bununla belə, dəstəyi dayandırılan saatlar “iPhone”larla işləməyə və təhlükəsizlik yeniləmələri almağı davam etdirəcək.