Bakıda qeyri-adi hadisə baş verib. 330 kiloqram çəkiyə malik olan və fil ayağı xəstəliyindən əziyyət çəkən 57 yaşlı Söhrab Seifzadə uzun illərdir müalicədən kənarda qalıb. Diaqnoz səbəbindən o, 10 il evdən çıxmayıb və bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb.
Lent.az bu barədə Bizim.Media-ya jurnalist Namidə İsayeva məlumat verib.
Xəstənin təxliyəsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi əməliyyat həyata keçiriblər.
FHN əməkdaşlarının köməyi ilə xəstə uzun illərdən sonra ilk dəfə yaşadığı mənzildən çıxarılaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Hazırda onun müalicəsi və tibbi müayinələri müalicə həkimi Zakir Quliyevin nəzarəti altında davam etdirilir.