Auditorlar  Palatasının İŞİ:  5 aylıq hamilə olduğu üçün hakimdən xahiş etdi
22 iyun 2026 16:32 (UTC +04:00)

Auditorlar Palatasının İŞİ: 5 aylıq hamilə olduğu üçün hakimdən xahiş etdi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın  cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Təqsirləndirilən Fəridə Novruzovanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin dəymiş ziyandan 6000 manat ödədiyini və 5 aylıq hamilə olmasının nəzərə alınmasını məhkəmədən xahiş edib. Qısa müşavirədən sonra məhkəmə tərkibi məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib. Eyni zamanda Auditorlar Palatasının 3-4  illik büdcəsinin müəyyən edilməsi  məqsədi ilə sözügedən quruma sorğu göndərilməsi ilə bağlı prosesi 6 iyul saat 14:30-a təyin edib.

Qeyd edək dövlət ittihamçısı  çıxışında təqsirləndirilənlər Gövhər Əhmədova, Fəridə Novruzova, Vəli Rəhimovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini, V. Rəhimovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313-ci maddəsinin cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyi üçün xitam verilməsini təklif etmişdi.

Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.

Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dəymiş ziyan 700 min manatdır.

Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar