Şəhid ailəsinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi
22 iyun 2026 16:46 (UTC +04:00)

Şəhid ailəsinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

0

Cəlilabadda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.

Lent.az Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.

Faktı Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: “Belə bir hadisə olub. Cəlilabadda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.Sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar